31 mart Azərbaycanlıların soyqımı
31 mart 2015-ci il tarixdə Oğuz rayon icra hakimiyyətində Azərbaycanlıların soyqımı gunu munasibəti ilə anım tədbiri keçirilmişdir. Tədbirdə rayon icra Hakimiyyəti başçısı və aparatı İdarə. Müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Çıxış edənlər mənfur ermənilərin öz havadarları ilə birgə xalqımızın başına gətirdikləri müsibətlərdən danışmış və qeyd olunmuşdur ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Umummilli liderimiz cənab Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.