Ağac əkimi aksiyaları
19 mart 2015 | 16:00
Mart ayının 10-dan başlayaraq “IDEA” (International Dialogue for Environmental Action) İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Oğuz rayonunda ağac əkmə aksiyasına start verilmişdir.
Aksiyalarda rayon İcra hakimiyyəti, idarə, müəssisə və təşkilatlar, rayon sakinləri iştirak etmişlər. Hazırda rayonun müxtəlif ərazilərinə ümumilikdə 2500-dən çox ağac əkilmişdir. Proses bundan sonra da davam etdiriləcək.