Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı hesabat iclası.

05 fevral 2015 | 16:00

05 fevral 2015-ci il taixdə Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı hesabat yığıncağı keçirilmişdir.
Tədbirdən öncə iştirakçılar Ümummili Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin məsul işçisi Əflatun Rufiyev və Millət Vəkili Aqiyə Naxçıvanlı da iştirak etmişdir.
Geniş məruzə ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov 2014-ci ildə Oğuz rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında yığıncaq iştirakçılarına geniş məlumat verdi.
Məruzə ətrafında çıxış edənlər- Oğuz şəhər bələdiyyəsinin sədri Arif Cavadov, rayon Təhsil Şöbəsinin müdiri Elçın Kərimov və rayon Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədov da görülən işlər  haqqında danışdılar. Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin məsul işçisi Əflatun Rufiyev və Millət Vəkili Aqiyə Naxçıvanlı da son illər, eləcə də 2014-cü il ərzində Respublikamızda o cümlədən Oğuz rayonunda həyata keçirilən uğurlu layihələr haqqında danışaraq bu nəaliyyətlərin mərkəzində cənab Prezidentimiz ilham Əliyevin uğulu  daxili  və xarici siyasətinin olduğunu bildirdilər. Sonda möhtərəm Prezidentimiz cənab ilham Əliyevə tədbir iştirakçıları adındanmüraciət qəbul olundu.

Keçidlər