Ulu öndərin əziz xatirəsi oğuzluların qəlbində yaşayır və əbədi olaraq yaşayacaqdır.
11 dekabr 2014-cü il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Yusif Rzayev, Oğuz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova, Oğuz rayon 2 və 3 saylı tam orta məktəblərin bir qrup şagird və müəllimləri, digər təşkilatların nümayəndələri iştirak etmişlər. Tədbiri giirş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açaraq Azərbaycanın adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətləndirməyi bacaran, millətinin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmişdir. Oğuz şəhər 3 saylı tam orta məktəbin şagirdi Bahar Fərəcullayeva "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda çıxış edərək ulu öndər Heydər Əliyevin gənclərə, uşaqlara qayğısından bəhs etmişdir. Şəhər 2 saylı və 3 saylı məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyada Azərbaycan xalqının dahi oğluna həsr edilmiş şerlər səsləndirilmişdir. Daha sonra tədbirdə iştirak edən qonaqlar Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Yusif Rzayev, Oğuz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova ulu öndər haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Sonda "Xalqa bağışlanan ömür" adlı film nümayiş etdirildi.