YAP Oğuz rayon təşkilatında qadın namizədlərlə görüş keçirilib
11 dekabr 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatında bu il dekabrın 23-də keşiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədliyi qeydə alınmış qadın namizədlərlə görüş keçirilib
Tədbirdə YAP Suraxanı Rayon Təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, YAP Nizami Rayon Təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edən Yeni Azərbaycan Partiyasının qadın namizədləri və müxtəlif ərazi ilk partiya təşkilatlarından olan partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Oğuz Rayon Təşkilatı Qadınlar Şurasının sədri Mariya Həsrətova bildirdi ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə getdib. “Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda, Avropa miqyasında güclü inkişaf edən bir dövlətə çevrilib. Sözsüz, bu tərəqqinin əldə olunmasında qadınlarımızın da rolu böyükdür. Mən əminəm ki, Oğuz rayonunun qadınları da respublikamızda və rayonda gedən iqtisadi inkişafa öz töhfələrini verirlər.
Mariya Həsrətova vurğuladı ki, bu ilki bələdiyyə seçkilərində YAP Oğuz Rayon Təşkilatı tərəfindən 137 namizəd irəli sürülübsə onların 45 nəfəri qadın namizədlərdir. Namizədliyi irəli sürülmüş bütün qadın namizədlər rayonun ictimai-siyasi , iqtisadi-sosial həyatında fəal fəaliyyət göstərmiş şəxslərdir. Mariya Həsrətova sonda Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlara bu siyasi marafonda uğurlar arzuladı və seçiciləri 23 dekabrda ,,RİFAH və Quruculuq Naminə” YAP-ın namizədlərinə səs verməyə çağırdı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bildirdi ki ,builki seçkilərdə iştirak edən YAP namizədlərinin 35%-ni qadınların təşkil etdiyini qeyd edib. O, namizədlərin ali təhsilli, geniş dünyagörüşünə malik, gənc və perspektivli şəxslərdən təşkil olunduğunu bildirib. O qeyd etdi ki istər seçkili orqanlarda, istərsə də digər qurumlarda qadınlarımız öz işlərinin öhdəsindən layiqincə gəlirlər, ölkəmizdə və dünyada milli maraqlarımızı ən yüksək səviyyədə təbliğ edirlər. YAP tərəfindən irəli sürülən bütün namizədləri təbrik edib, partiyanın bu seçkilərdə zəfər çalacağına inandığını qeyd edib..
Tədbirdə YAP Nizami Rayon Təşkilatın qadınlar şurasının sədri Sevda Abdullayeva çıxış edərək, bu gün iş həyatında uğurla irəliləmək üçün dövlətin qadınlarımıza yaratdığı şəraitdən söhbət açıb: “Qadınlarımız dövlət orqanlarında, mühüm postlarda təmsil olunurlar, seçkilərdə fəal iştirak edirlər və uğurlar qazanırlar. Təbii ki, biz bütün bunlara görə, dövlət başçımız cənab İlham Əliyevə minnətdarıq”.Sevda Abdullayeva bələdiyyə seçkilərində YAP Oğuz Rayon Təşkilatının bütün namizədlərinə uğurlar diləyib. 23 dekabr bələdiyyə seçkilərində hər kəsi YAP namizədlərinə səs verməyə dəvət edib.
Daha sonra çıxış edən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri Nəsibova Zərniyar , Abdullayeva Xaçəstə və digər çıxışçılar cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, onların bir çox mühüm layihələrlə çıxış etməsinin zəruriliyindən danışıblar. Bu ilki bələdiyyə seçkisində YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi seçkidə aktiv olmağa, “Rifah və Quruculuq Naminə” YAP-ın namizədlərinə səs verməyə çağırıblar