Bələdiyyə seçkiləri ərəfəsində YAP Oğuz rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə görüş
06 noyabr 2014-cü il tarixdə Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası YAP Oğuz rayon təşkilatı tərəfindən Oğuz rayonunun 15 bələdiyyəsinə irəli sürülmüş namizədlərlə görüş keçirilib. Görüşdə AR Milli Məclisin deputatı, respublika Ağsaqqallar şurasının sədri Fəttah Heydərov, AR Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunu rektoru Aqiyə Naxçıvanlı və Yeni Azərbaycan Partiyasının məsul işçisi Emin Abbasov iştirak ediblər .
Görüşü YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumat verdi. Sədr çıxışında YAP Bələdiyyə seçkilərə ,, Rifah və Quruculuq Naminə” devizi ilə getdiyini qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti, YAP-nın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 2009-2014-cü il illər ərzində ,,BIZ NƏLƏR ETDIK” YAP-ın son beş ildə gördüyü ilər barədə məlumat verdi. Partiyamızın 2014-2019 –cu illər ərzində BİZ NƏLƏRİ ETMƏK İSTƏYİRİK başlığı ilə qarşıdan gələn beş il ərzində planda olan Sosial-İqtisadi inkişaf sahəsində , Əhaliyə xidmətin yaxşılaşdırılması sahəsində ,Müasirləşmə və infrastruktur sahəsində , Rifah və sosial faydalılıq sahəsində , yerli özünüidarənin inkişafı sahəsində strateji hədəflərimizdən ətraflı danışdı.
Tədbirdə YAP-ın bələdiyyə üzvlüyünə namizədləri Oğuz şəhər bələdiyyəsinə üzrə namizədliyi irəli sürülmüş Arif Cavadov və Xalxal bələdiyyəsinə namizədliyi irəli sürülmüş Ramazanov Nəriman çıxış etdərək bələdiyyələrdə ötən dövrdə görülmüş işləri, əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işləri qeyd etdilər. Rayonda YAP üzvlərini mobil olmağa, seçkilərdə YAP namizədlərinə səs verməyə çağırdılar.
Görüşdə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı çıxış edərək ötən seçkilərdə partiyanın əldə etdiyi uğurlardan danışıb. O, həmçinin, qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışaraq dedi ki, bu seçkilərdə qadınlara və gənclərə xüsusi önəm verilib və bununda çox müsbət hal olduğunu bildirdi. Çıxışının sonunda , dekabrın 23-də Oğuz seçicilərini ölkənin ən inanılmış siyasi qüvvəsi olan partiyamıza və onun irəli sürdüyü namizədlərə səs verməyə dəvət etdi.
Sonra Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişafdan və o cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olmasından danışdı. Sonda deputat tam əminliklə söylədi ki, bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi faktlardır. Bu baxımdan, bu inkişafın davamı üçün hər kəsi YAP-in irəli sürdüyü namizədlərə səs verməyə çağırdı.
Tədbirin sonunda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bütün Oğuz seçicilərini dekabrın 23 –də keçiriləcək Bələdiyyə seçkilərində fəal olmağa və ,, Rifah və Quruculuq Naminə” YAP-ın namizədlərinə səs verməyə çağırdı.