Oğuz rayonun Xaçmazqışlaq kəndində səyyar qəbul
26 noyabr 2014-cü il tarixdə Oğuz rayon İcra hakimiyyətinin Başçısı Eyvaz Qurbanov vətəndaşların növbəti səyyar qəbulunu rayonun Xaçmazqışlaq kəndində keçirib.
Səyyar qəbulda çıxış edən Eyvaz Qurbanov qeyd etdi ki, Prezidentimiz cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Oğuz rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanılır. Respublikamızda həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Görülən bütün bu işlər, bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, firəvan yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını və minnətdarlıqlarını bildiriblər.