Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümünə həsr edilmiş tədbir
22 noyabr 2014-cü il tarixdə Oğuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş nitqi ilə Oğuz rayon İcra Hakimiyyəti Başçısının müavini Yusif Naxçıvanski açaraq qeyd etdi ki, 2014-cü il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 22 ili tamam olur. Yeni Azərbaycan Partiyasının çox zəngin siyasi mübarizələrlə dolu şanlı tarixi vardır. İyirmi bir illik fəaliyyət dövründə, YAP müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynamış və silinməz izlər qoymuşdur.
Ümumilli lider Heydər Əliyevin yaradıcısı olduğu, ölkənin ictimai siyasi həyatında fəal rol oynayan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Bu gün partiyanın cəmiyyətdə qazandığı nüfuz möhkəm əsaslara söykənir. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən yığıncaqda Yeni Azərbaycan Partiyası təsis edildi və Böyük öndərimiz Heydər Əliyev partiyanın sədri seçildi. Həmin dövrlər Azərbaycanda çox mürəkkəb hadisələr cərəyan edirdi və dövlətimizin gələcəyi sual altında idi. Hakimiyyət başında olan səriştəsiz, dövlət idarəçiliyində bacarığı olmayan, avanturist siyasətçilər ölkəyə rəhbərlik edə bilmirdilər. O dövrü yaşayanlar yaxşı xatırlayarlar ki, məhz belə bir məqamda hamının vahid düşüncəsi ondan ibarət idi ki, Azərbaycanda hadisələrin bu cür inkişafının, ölkəmizin məhv olmasının qarşısını yalnız bir nəfər- zəngin dövlətçilik təcrübəsinə malik, xalqını, millətini, dövlətini sevən böyük şəxsiyyət Heydər Əliyev ala bilər.
Yeni Azərbaycan Partiyası yarandığı gündən ictimai-siyasi həyatımızda böyük iz buraxmışdır. Yeni Azərbaycan Partiyası yarandığı dövrdən bu günə qədər Prezident, parlament,referendum, bələdiyyə seçkilərində fəal işdirak edərək böyük uğurlar qazanmışdır.
Sonra müasir Azərbaycan dövlətinin və müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu mərhum Heydər Əliyevin əziz və nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası geniş məruzə ilə Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov davam etdirdi.
Partiyanın rayon təşkilatının işində yaxından iştirak edən, fəallığı ilə seçilən bir qrup partiya üzvü YAP Oğuz rayon təşkilatının fəxri fərmanı ilə təltif edildi.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olundu və müraciəti mətni ilə iclas iştirakçılarını Oğuz İH- nin məsləhətçisi Orxan Cabbarov tanış etdi.