Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Azərbaycan Respublikasının Məşğulluq strategiyasının ( 2006-2015-ci illər)”həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa

19 noyabr 2014 | 16:00

19 noyabr 2014-cü il tarixdə Oğuz şəhəri Olimpiya İdman kompleksində “Azərbaycan Respublikasının Məşğulluq  strategiyasının ( 2006-2015-ci illər)” həyata keçirilməsində sosial tərəfdaşların rolu mövzusunda dəyirmi masa keçirildi. Tədbirə rayon İcra hakimiyyətinin nümayəndəsi, əlaqələndirmə komitəsinin üzvləri, həmkarlar təşkilatları, idarə və müəssisə rəhbərləri dəvət edilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Cümşüd Süleymanov açaraq tədbir iştirakçılarına rayonun əmək ehtiyatlarından səmərəli istifadə məqsədi ilə keçirilən   məşğulluq tədbirləri  barədə ətraflı  məlumat verildi.  2006-2015-ci illərdə Məşğulluq Strategiyasının məqsəd və vəzifələri,  Azərbaycan Respublikasında məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ölkədə əmək bazarının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılmasının  sürətləndirilməsi və əhalinin səmırəli məşğulluğunun təmin edilməsi kimi mövzu ətrafında çıxış etdi. Tədbirin keçirilməsində məqsəd  müasir mərhələdə dövlət məşğulluq xidmətinin gücləndirilməsi bu sahədə olan problemlərin həllinə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə istiqamətlənir. Yeni iş yerlərinin açılmasında yaradılan müsbət şərait, sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələri sahəsində görülən  tədbirlərlə yanaşı, bu gün əmək bazarının müasir sosial-iqtisadi inkişaf tempinə uyğun qurulması, əmək potensialından dolğun istifadə etməklə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və bu kimi sosial məsələlərin həll edilməsində sosial tərəfdaşların rolu   haqqında məsələr ətrafında müzakirələr aparıldı.

Keçidlər