Milli Dirçəliş günü
17 noyabr 2014 | 16:00
Noyabr ayının 17-də Oğuz şəhəri Heydər Əliyev Mərkəzində 17 noyabr Dirçəliş gününə həsr olunmuş "Miili dirçəlişdən qüdrətli dövlətçiliyə doğru" adlı tədbir keçirilmişdir.Tədbiri girş sözü ilə Mərkəzin direktoru M.Abbasova açmışdır. Dirçəliş gününün tarixinə aid videomaterial izlənildikdən və məruzə dinlənildikdən sonra tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşları Tofiq Daşdəmirov, Yusif Rzayev və digər təşkilatların nümayəndələri iştirak etmişlər.