Oğuz rayon İcra Hakimiyyətində kadr təyinatı olub
Oğuz rayon İcra Hakimiyyətində kadr təyinatı olub.
Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun müvafiq Sərəncamına əsasən, İbrahimov Anar Sahib oğlu RİH aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.
İbrahimov Anar Sahib oğlu 28 avqust 1979-cu ildə Oğuz rayonunun Kərimli kəndində anadan olub.
Azərbaycan Dövlət Pedoqoji Universitetində və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakultəsində təhsil almışdır.
A.İbrahimov AR Milli Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
A. İbrahimov bundan öncə Oğuz rayon İcra Hakimiyyəti Başçısının Köməkçisi vəzifəsində işləyib.
II ixtisas dərəcəli dövlət qulluqçusudur.
YAP Oğuz rayon təşkilatı İdarə heyətinin üzvüdür.
Anar İbrahimovu təbrik edirik və yeni vəzifəsində uğurlar arzulayırıq.