Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Bu gün Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Nail Nəriman oğlunun doğum günüdür.

04 mart 2022 | 16:00

Nail İbrahimli 4 mart 1994 - cü ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuşdur. 2000 - 2011-ci illərdə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur. 2012 - 2013-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Nail 2019 - cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə yollanmışdır. Vətən Müharibəsində döyüşlərə Nail İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi qatılmış, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Kiçik kizir, kəşfiyyatçı İbrahimli Nail, Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə iştirak edərək, Şuşa döyüşlərinin birində qəhrəmancasına şəhid olmuşdur.
Nail İbrahimli noyabrın 12 - də Xaçmaz kəndindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ölmündən sonra İbrahimli Nail Nəriman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020 Sərəncamı ilə " Vətən Müharibəsi Qəhrəmanı " adı verilmiş, 15.12.2020 Sərəncamı ilə " Vətən uğrunda " və 29.12.2020 Sərəncamı ilə " Şuşanın azad olunmasın görə " medalları ilə təltif olunmuşdur.
Şəhidimizin adının əbədiləşdirilməsi üçün Oğuz rayon 3 saylı məktəb - liseyə Nail İbrahimlinin adı verilmişdir.

     Doğum günü münasibəti ilə şəhidimizin ailəsini ziyarət edilib, uyuduğu Xaçmaz kənd Şəhidliyində məzarı üstünə tər güllər düzülüb, ruhuna dualar oxunub ghörüşdə  Oğuz rayon icra hakimiyyətinin, YAP Oğuz rayon təşkilatının, SHXÇDX-nin Oğuz rayon bölməsinin nümayəndələri, Dövlət Sərhəd Xidməti komandanlığının ali hərbi rütbəli zabiti və şəxsi heyəti,Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin  müəllim və şagird kollektivi  iştirak edib.

 

Keçidlər