Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

25 fevral 2022-ci il tarixdə “Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar” Oğuz rayonunda müvəqqəti məskunlaşmış xocalılar ilə birlikdə Oğuz rayonu Şəhidlər Xiyabanı ziyarət olunub.

25 fevral 2022 | 16:00

Tədbirdə əvvəlcə qan yaddaşımıza əbədi həkk olunan Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə əklil və gül dəstələri qoyulub, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən, qətlə yetirilən günahsız oğul və qızlarımızın əziz xatirəsi böyük ehtiramla yad olunub.
Daha sonra Oğuz şəhər  “Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar “ 613 ədəd qızılgül kolu əkilmişdir. 

Keçidlər