Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi

27 sentyabr 2021 | 16:00

  Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq rayon sakinləri Oğuz şəhər Şəhidlər Xiyabanına gələrək şəhidlərin məzarlarını ziyarət etmiş və məzarları önünə gül dəstələri düzmüşlər.
  Anım Günündə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov  bildirdi ki, hər zaman xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev  xalqın birliyi və ədalətli mövqeyi “Dəmir Yumruq”la birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Prezident İlham Əliyev  hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur. Əfsuslar olsun ki, müharibənin çox sərt qanunları var. Qələbə və Zəfər sevincləri itkisiz olmur. 44 gün davam edən müharibədə 3000-ə yaxın həm hərbçi, həm mülki vətəndaşlarımız şəhid oldu. O cümlədən 26 nəfər Oğuzlu gənc ən uca və ən ali zirvəyə ucalaraq şəhid oldu.Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.
   Daha sonra Oğuz şəhər 3 saylı məktəb-liseyin şagirdləri tərəffindən hazırlanmış məktəblilərinin şəhidlərimizin xatirəsinə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş oldundu,

Keçidlər