Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Kənd təsərrüfatı işçilərinin peşə bayramı” münasibəti ilə tədbir

31 oktyabr 2014 | 16:00

31 oktyabr 2014-cü il tarixdə Oğuz rayon icra hakimiyyətinin iclas zalında  “ Kənd təsərrüfatı işçilərinin peşə bayramı”  münasibəti ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Qümummilli liderimiz Heydər əliyevin Oğuz şəhəri Heydər Əliyev Parkında yerləşən abidəsi yad etmişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısının Aqrar Məsələlər üzrə müavini Qəmzə Süleymanova məruzə ilə çıxış edərək Respublikamızda eləcə də Oğuz rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlər və əldə olunan nəaliyyətlərdən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahəyə olan qayğısından  danışmışdır. Məruzə ətrafında çıxış edən digər çıxışçılarda kənd təsərrüfatı sahəsində əldə olunan nəaliyyətlər haqqında bəhs etmişlər. Tədbirin sonunda kənd təsərrüfatı sahəsində xüsusi fərqələnən şəxslərə rayon İcra Hakimiyyəti Başçısnın fəxri fərmanı təqdim edilmişdir.

Keçidlər