Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

14 aprel 2021 | 16:00

Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı cənab Eyvaz Qurbanov konfransın işini açaraq rayonda həyata keçirilən quruculuq, tikinti-abadlıq, aqrar, xidmət sahələrində aparılan  işlərdən, rayonun ağsaqqallarının bu istiqamətdə, habelə ictimai-siyasi sahədə apardıqları səmərəli fəaliyyətin üzərində dayandı. E.Qurbanov Oğuz Rayon Ağsaqqallar Şurasının, onun idarə heyətinin, şuranın sədri Cuma Cumayevin fəaliyyətini təhlil etdi, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirildiyini bildirdi.
  Azərbaycan Respublikası Ağsaqqallar Şurası  sədrinin  müavini, professor Vahid Novruzov  konfransda çıxış edərək Ağsaqqallar Şurasının vəzifələri, onun gördüyü işlər ətrafında, respublikanın ictimai-siyasi həyatında ağsaqqalların gördüyü işlər barədə fikir və mülahizələrini konfrans iştirakçılarına çatdırdı.                       Konfransda Oğuz Rayon Ağsaqqallar Surasının Nizamnaməsi təsdiq edilmiş, Cuma Xəlil oğlu Cumayev  şuranın sədri,  Xalid Babayev sədr müavini, Emin Əzimli,   Arif Abdullayev,  İlyas Cabbarov idarə heyətinin üzvləri seçilmişdir.                                                                                                                                                       Konfrans Rizvan Gondolovu təftiş komissiyasının sədri, Müseyib Musayevi və İzzət Seyidovu təftiş komissiyasının üzvü seçmişdir.

 Konfransın işi Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov tərəfindən yekunlaşdırılmışdır.
 Uzun müddətli səmərəli fəaliyyətinə görə Cuma Cumayevə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Fəxri Fərmanı təqdim olunmuşdur.

Keçidlər