Oğuz rayonunda gənclər arasında maarifləndirici tədbir.
31 oktyabr 2014-cü il tarixdə Oğuz rayon Mədəniyyət Mərkəzində rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gənclər arasında narkomaniyanın, radikal dini təriqətlərin, erkən nigahların yayılmasının qarşısının alınması, uşaq travmatizmləri və “Uşaq hüquqları aylığında ” görülmüş işlər mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Əsgər Lətifov, Rayon Polis Şöbəsinin rəis müavini Natiq Pircanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Təhsil Şöbəsinin müdiri Elçin Kərimov və digərləri çıxış edərək gəncləri zəzərli vərdişlərin, radikal dini təriqətlərin gənclərin gələcək həyatlarını təhlükə altına almasını bildirmiş və hər kəsi onlardan uzaq olmağa dəvət etmişlər