Oğuzda xüsusi karantin rejiminin qaydalarının təmin olunması ilə bağlı reydlərə başlanılıb
Oğuz icra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov, rayon prokuroru, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbələrin rəhbərləri ticarət və iaşə obyektlərində obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparmış, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah etimşlər. Sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıq və tövsiyələr verilib.
Rayon icra hayimiyyətinin məsul əməkdaşları, Bələdiyyənin əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət yaradılan mobil qruplar tərəfindən də rayon ərazisndə reydlərə başlanılıb.
Reydlər zamanı Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum təmasda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.