27 aprel 2013-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon Şöbəsinin yeni binasının açılış mərasimi keçrilmişdir.
28 aprel 2013 | 15:00
27 aprel 2013-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon Şöbəsinin yeni binasının açılış mərasimi keçrilmişdir. Mərasimdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Qurbanov da iştirak etmişlər. İlk öncə tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünüə gül-çiçək dəstələri qoymuşlar. Sonra binanın rəmzi lenti kəsilmiş və iştirakçılar yeni tikilmiş binada işçilər və vətəndaşlar üçün yaradılmış, müasir tələblərə cavab verən şəraitlə tanış olmuşlar. Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdirmişlər.