Könüllülük könül işidir !
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə bütün qurumlarda fəaliyyət göstərən, o cümlədən Oğuz Rayon İcra Hakimiyyətinin, YAP Oğuz rayon təşkilatının Gənclər Birliyinin könüllüləri də xüsusi fəallıq nümayiş etdirirlər.
Oğuz könüllüləri tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər.
Könüllülər tərəfindən koronovirus təhlükəsinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə əhali arasında marifləndirmə işinin aparılması məqsədi ilə könüllülər rayonda fəaliyyət göstərən kafe, restoran və çay evlərində marifləndirici işlər aparılmış, gigiyena qaydalarını ozundə əks etdirən bukletlər obyektlərə paylanılmışdır.
“Böyüklərimizi qoruyaq!” devizi altında yaşlı rayon sakinlərinə maska, əlcək, tibbi spirt, sabun və s. tibbi ləvazimatlar və eləcə də ərzaq yardımlarının paylanması paylanması məqsədilə bu qəbildən olan rayon sakinlərinin evlərinə gedilmiş, onların ehtiyacları öyrənilmış və lazımi köməkliklər göstərilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən xüsusi karantin günlərində işsiz qalmış həmçinin yaşlı, ahıl insanların çölə çıxmaq qadağalarının olduğunu nəzərə alaraq könüllü gənclərlə birgə onlara ərzaq yardımları paylanımışdır . Könüllü gənclər, ərzaq yardımlarını Oğuz şəhərində və kəndlərdə yaşayan bu insanlara çatdırır.
Oğuzlu könüllü gənclər öz fəaliyyətləri ilə könüllülüyün həqiqətən də könül işi olduğunu sübut ediblər.