Oğuz rayon İcra Hakimiyyətinin başçı tərəfindən növbəti video konfrans keçirilib
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri, idarə müəssisə və təşkilat rəhbərləri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı video-konfrans keçirmişdir.
Konfransda çıxış edən icra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışmışdır. Video-konfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan icra başçısı bildirmişdir ki, Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr rayonda da uğurla icra olunur.
Cənab Eyvaz Qurbanov kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər vermişdir.