Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Bravo” supermarketlər şəbəkəsi aztəminatlı ailələrə yardım edib

21 aprel 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə, qayğıya  ehtiyacı olan və tənha yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə həyata keçirilən xeyriyyə aksiyası Oğuz rayonunda  da davam etdirilir. Rayon İcra hakimiyyəti, rayonda fəaliyət göstərən bir sıra müəssisə və təşkilarlar, sahibkarlar və fərdi şəxslər tərəfindən maddi imkanı zəif olan ailələrə ərzaq yardımları göstərilib.

   Rayon ərzisində yaşayan   aztəminatlı ailələrə edilən yardım kampaniyasına rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Bravo” supermarketlər şəbəkəsi də qoşularaq 500 ailəyə ərzaq yardımı göstərilib.

 

Keçidlər