Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Su açılışı

13 mart 2013 | 16:00

11-12 mart 2013-cü il tarixlərdə Oğuz rayonun Xaçmaz, Böyük Söyüdlü, Muxas,
Kərimli, Bayan, Bucaq, Baş Daşağıl kəndlərinin hər biurində yeni içməli su
xətlərinin açılışı tədbirləri keçirilmişdir.

Tədbirlərdə Azərbaycan Respublikası “Azərsu” ASC –nin “Birləşmiş
Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Etibar Məmmədov, rayon İcra
Hakimyyətinin Başçısı Eyvaz Qurbanov, kənd ictimaiyyəti nümayəndləri iştirak
etmişlər. Qeyd olunmuşdur ki, uzun illərlə içməli su təchizatın yetərli olmaması
səbəbindən əziyyət çəkən kənd əhalisi Regionların Sosial-iqtisadi İnkişafı (2009-
2013-cü illər) Dövlət proqramının icrası çərçivəsində həyata keçirilmiş bu layihələr
sayəsində yüksək keyfiyyətli içməli su ilə təmin olunacaqdır.

Tədbirlər zamanı bildirildi ki, rayonun digər kəndlərində də içməli su xətlərinin
yenilənməsi, yeni su xəttlərinin çəkilişi işləri davam etdiriləcəkdir.

Keçidlər