Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayon İcra Hakimiyyəti başçısının hesabatı

20 fevral 2013 | 16:00

19 fevral 2013-cü il tarixdə Oğuz şəhər Mədəniyət Mərkəzində Oğuz Rayon İcra Hakimiyyəti başçısının 2012-cu ilin yekunları və 2013-ci ildə qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı hesabat yığıncağı (saat 11:00) keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Əflatun Rufiyev və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Aqiyə Naxçıvanlı da iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz qurbanov Hesabat məruzəsi ilə çıxış edərək görülmüş işlər, qarşıda duran vəzifələr, bəzi dövlət qurumlarının fəaliyyətində olan nöqsanları qeyd etdi.

Çıxış edən digər natiqlər də ayrı-ayrı sahələr üzrə rayon görülmiş işlərdən və qarşıda duran vəzifələrdən danışdırlar.

AR Prezidentinin Administrasiyası Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin məsul nümayəndəsi Əflatun Rufiyev çıxış edərək 2012-ci ildə Azərbaycan Respublikasında İqtisadiyyat, xarici siyasət, təhsil, səhiyyə, mədəniyyət, əhalinin rifah halının yaxşılaşdırılması, yoxsulluq faizinin aşağı düşməsi, kənd təsərrüfatında olan uğurlar, Dövlət proqramının uğurla icra olunması, haqqında danışdı. Bütün bu ölçüyəgəlməz işlərin həyata keçirilməsində ümummilli lider Heydər Əliyev ideyalarının sadiq davamçısı cənab Prezidentin xüsusi rolu olduğunu qeyd etdi. Oğuz rayonunun sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işləri, əhalinin qəbulu, onların müraciətlərinə baxılması barədə fikirlərini bildirdi. Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi barədə öz tövsiyələrini verdi. 2013-cü ildə qarşıya qoyulan vəzifələrin uğurla icra olunması üçün qüvvələrin səfərbər edilməsini qeyd etdi.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinə tədbir iştirakçıları adından ünvanlanmış müraciəti oxundu.

Keçidlər