Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

"Nəsimi 650"

28 noyabr 2019 | 16:00

 Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Qurbanov, rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayonun inzibati orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil işçiləri, şagirdlər, sosial media və mətbuat-informasiya orqanlarının nümayəndələri iştirak ediblər.
Oğuz Rayon Təhsil Şöbəsini müdiri Anar Məcidov tədbiri giriş sözü ilə açaraq İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqının kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu, Azərbaycan xalqının bədii və fəlsəfi fikrində müsbət iz qoyduğunu bildirib.
Çıxış edənlər Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalan və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradan dahi mütəfəkkirin həyat və yaradıcılığı barədə ətraflı danışıblar. Qeyd edilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub, hürufilik təlimini təbliğ etməkdən dönməyib. Bəşəri dəyərlər, insana sevgi, azadlıq və əmin-amanlığa çağırış qayəsi olan İmaməddin Nəsimi bədii yaradıcılığında bunu bir daha sübut edib.
Ədəbi-bədii tədbirdə İmadəddin Nəsimi haqqında çəkilən filmdən fraqmentlər göstərilib.
Tədbirdə məktəblilər Nəsimi yaradıcılığından bədii kompozisiya nümayiş etdirib, qəzəllərini söyləyiblər.
Çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı E.Qurbanov şair İmadəddin Nəsiminin zəngin irsi əsrlərdən bəri nəinki şərqin hətta dünya poeziyasında öz abidəsini ucaltmağa müvəffəq olduğunu bildirib. Şairin poeziya və yaradıcılığını gənc nəslə sevdirmək, dərindən öyrətmək üçün silsilə tədbirlərin zəruri, əhəmiyyətli olduğunu vurğulayıb.

Keçidlər