Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir
Oğuz Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayonun inzibati orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil işçiləri, şagirdlər, valideynlər, sosial media və mətbuat-informasiya orqanlarının nümayəndələri tədbirdə iştirak edib.
İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevi ehtiramla yad edib və gül dəstələri qoyublar. Vətən uğrunda canını verən şəhidlərimiz ziyarət edildikdən sonra Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlanıb. Tədbirdə iştirak edən nümayəndələr Azərbaycan Respublikasının dövlət rəmzlərinin milli dövlətçiliyimizin dünyaya tanıdılmasında və beynəlxalq aləmdə onun təmsil olunmasında əsas simvollarından biri olmasını, dövlət bayrağının statusu, onun istifadə qaydaları üzərində dayanaraq “Dövlət Bayrağı Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib, rayonumuzun, eləcə də, respublikamızın tərəqqisi və çiçəklənməsi naminə uğurlar diləyiblər.
Oğuz şəhər 3 №li məktəb-liseyin şagirdləri tədbirdə Bayraq Gününə həsr edilən maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.