Rayon İcra hakimiyyəti başçısının Filfilli kəndində vətəndaşların qəbulu.
09 oktyabr 2019 | 16:00
Rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, kəndlərimizdə əhalinin qəbullarda qaldırdığı məsələlərin həlli təmin edilmişdir. Görülən bu işlərin nəticəsidir ki, bu gün əhalimizin rahat və firavan yaşayışı təmin olunmuş və bu istiqamətdə işlər davam etdirilməkdədir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.