Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Məktəbin yeni binasının açılış mərasimi

25 dekabr 2012 | 16:00

24 dekbar 2012-ci il tarixdə rayonun tikintisi başa çatmış Dəymədərə kənd 180 şagird yerlik tam orta məktəbin yeni binasının açılış mərasimi olmuşdur.
Mərasimdə Oğuz rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Qurbanov, rayon İcra Hakimiyyəti aparatının işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəbin tikinti işlərini aparmış podratçı təşkilat olan “İş İnşaat ”MMC-nin rəhbərliyi kənd ictimaiyyəti iştirak etmişdir. Tədbirdə məktəbin direktoru, müəllimləri çıxış edərək Respublikamızın Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş və qeyd olunmuşdur ki, belə, müasir tələblərə cavab verən bir məktəbin Dəymədərə kəndində tikintisi Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı olan Prezidentimizin uğurlu iqtisadi siyasətinin bariz nümunəsidir. Bundan əlavə olaraq cixişlarda qeyd olundu ki, tikintisinə 2012-ci ilin mart ayında başlanılmış olan məktəbin qısa müddət ərzində, yüksək keyfiyyət və dəqiqliqlə inşa edilib Dəymədərə kənd əhalisdinin istifadəyə verilməsində podratçı təşkilat olan “İş İnşaat ” MMC-nin də böyük əməyi olmuşdur. Bu münasibətlə “İş İnşaat ” MMC-nin rəhbərliyinə də təşəkkür edilmiş və təşkilatın bir qrup işçisi qimətli hədiyyələrlə mükaftlandırılmışdır. Tədbirin sonunda rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Qurbanov çıxış etmiş və məktəbin rəmzi lentinin kəsmiş və sinif otaqları, fənn kabinetləri, idman zalı ilə tanış olmuşdur.
 

Keçidlər