27 sentyabr Vətən Müharibəsi Şəhidlərinin Anım Günüdür
27 sentyabr "Anım günü" münasibəti ilə Oğuz şəhəri və Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanlarında geniş tədbir keçrilmişdir. Tədbir iştirakçıları vətən uğrunda canın keçən şəhidlərimiz əzəz xatirəsini böyük ehtiramla yad etmiş, onlarına ruhuna dualar oxunmuş, məzarları üstünə gül-çiçək dəstələri qoymuşlar.
Anım Günündə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov bildirdi ki, hər zaman xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalqın birliyi və ədalətli mövqeyi “Dəmir Yumruq”la birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur. Əfsuslar olsun ki, müharibənin çox sərt qanunları var. Qələbə və Zəfər sevincləri itkisiz olmur. 44 gün davam edən müharibədə 3000-ə yaxın həm hərbçi, həm mülki vətəndaşlarımız şəhid oldu. O cümlədən 26 nəfər Oğuzlu gənc ən uca və ən ali zirvəyə ucalaraq şəhid oldu. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.