Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonundan olan çağırışçı gənclərin təntənəli yolasalma mərasimi

10 iyul 2019 | 16:00

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına  uyğun olaraq 10 iyul 2019- cu il tarixdə Oğuz şəhərində yerləşən Mədəniyyət mərkəzində Rayon İcra Hakimiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin birgə təşkilatçılığı ilə Oğuzlu çağırışçıların təntənəli hərbi xidmətə yola salma mərasimi keçirilmişdir.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak  etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Tədbirdə məruzə ilə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin rəisi, polkovnik-leytenant Zöhrab Camalov hərbi sahədə həyata keçirilən islahatlar nəticəsində ordumuzun daha da gücləndiyini, hərbçilərimizin döyüş ruhunun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
   Çağırışçıların təntənəli yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söz açaraq hərbi xidmətə yola düşən gənclərə tövsiyələrini verdi. O qeyd etdi ki, bu gün qüdrətli Azərbaycanda Milli Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa qadir qüvvəyə çevrilib.
   O, çıxışında Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətlərindən və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi quruculuq sahəsində həyata keçirdiyi islahatlardan söz açdı. Hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayıb, vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi tövsiyə edib. Vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində gənclərə uğurlar diləyib, onların nümunəvi hərbi xidmət keçəcəklərinə dərin inam ifadə edib. Hərbi xidmətə yola düşən gənclərin valideynlərinə xoş arzularını çatdırıb.
Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini bildirmiş, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirmişdir.
      Tədbirdə çıxış edən valideynlər övladlarını hərbi xidmətə yola düşdüyünə görə qürur duyduğunu söyləyib. Silahlı Qüvvələrimizin qüdrəti ilə fəxr etdiyini deyib, bu gün xidmətə yola düşən çağırışçıların da Azərbaycan əsgəri adını uca tutacaqlarına dərin inamlarını ifadə ediblər.
       Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyi Oğuz rayon Filialının sədri Müşfiq İsmayılıov  çıxış edərək Vətənpərvərlik sahəsində görülmüş işlərdən, ordumuzun döyüş qabiliyyətinin artırılmasından, maddi-texniki təchizatının yaxşılaşdırılmasından, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsindən, Ölkə rəhbərinin hərbiçilərə, Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərdiyi diqqət və qayğıdan ətraflı danışmışdır.
      O, çıxışında göstərilən bu diqqət və qayğıya görə Oğuzun Şəhid ailələri, müharibə əlilləri və veteranları adından ölkə rəhbərinə, cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığını və təşəkkürünü bildirmişdir.
       M.İsmayılov hərbi xidmət zamanı qazandığı təcrübəni çağırışçılarla bölüşərək onlara dəyanətli, əzmkar olmalarını, vətənin keşiyində ayıq - sayıq dayanmağı, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmələrini, hərbi sirlərini mükəmməl öyrənməyi, qətiyyətlə və vicdanla vətənə xidmət etməyi, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etmiş, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzulamışdır.
    Həyatda hər şeydən əziz olan ana vətənlə bağlı hər bir tapşırıq onun gənc övladları üçün ən şərəfli və ülvi bir vəzifə olduğunu qeyd edərək  ehtiyata buraxılsa da bir müharibə veteranı kimi  hər an Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə hazır olduğunu bildirmişdir.
Tədbirdə vətənpərvər ruhda kompozisiya təqdim olunmuş və sonda Dövlət Bayrağını öpən çağırışçılar hərbi xidmətə yola salınmışlar.

 

Keçidlər