Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

26 iyun Sİlahlı Qüvvlər günü

25 iyun 2019 | 16:00

              İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün artıq 21-ci ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi qeyd edilir. Ötən il ordunun yaranmasının 100 illiyi respublikamızda təntənəli surətdə qeyd edildi. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

       Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.
      Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
        “Dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə son illərdə ciddi nailiyyətlər əldə edib, ordu quruculuğunda mühüm addımlar atılıb. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməkdədir.
      Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artmış, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alır.
       Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
      Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin əsas istiqamətləri kimi diqqəti çəkir.
       Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
      Buna misal olaraq hərbiçilərin mənzillə təmin olunmasını, ehtiyata buraxılan hərbiçilərin müəyyən statuslu qrupunun mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onların evlə təmin olunana qədər müvəqqəti yaşadıqları evlərə görə mənzil haqqının, kirayə haqqının dövlət tərəfindən ödənilməsini, Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, Şəhid ailələrinin və  müharibə əlillərinin mənzil məişət şəraitinin yaxşılaşdırılmasını, onlara mənzillərin verilməsini, müharibə əlillərinə pulsuz həyətyanı torpaq sahəsinin və mənzillərin verilməsini, onların nəqliyyat vasitəsi ilə təmin olunmasını, Şəhid ailələrinin və  müharibə əlillərinin övladlarının ödənişli Ali təhsil müəssisələrinə qəbul olduqda ödənişdən azad edilməsini, onların təhsil haqqının dövlət tərəfindən ödənilməsini, hərbiçilərin əmək haqlarının, şəhid ailələri və müharibə əlillərinin pensiya, müavinət və prezident təqaüdlərinin mütəmadi artırılmasını, müharibə veteranlarına yeni prezident təqaüdünün verilməsini və sair  ödənişləri  göstərmək olar. Bu sadalananlar ölkə rəhbərin hərbiçilərə olan diqqət və qayğısının nəticəsidir.
     Orduda xidmətdə, vətənin müdafiəsində və vətənpərvərlik işinin təşkilində fərqlənən hərbiçilərin əməyi daim dövlət rəhbəri, dövlət təşkilatları və hərbi ilə bağlı digər qurumlar tərəfindən daim qiymətləndirilir. Onlar orden və medallarla təltif edilirlər. Mən fəxr edirəm ki, mən də onlardan biriyəm.        
      Onu da qeyd etməliyəm ki, rəhbəri olduğum ictimai birliyin üzvlərinin sayı  respublikada 67 min nəfəri keçmişdir. Onları 200 nəfərdən çoxu Oğuzlulardır. Bizlər də hər birimiz öz növbəmizdə  statusumuza uyğun olaraq dövlətin bizlərə verdiyi bütün bu güzəşt və imtiyazlardan istifadə edirik. Bizlər də ölkə rəhbərinin bizlərə göstərdiyi diqqət və qayğını hiss edirik.
      Göstərilən bu diqqət və qayğıya görə mən Oğuzun Şəhid ailələri, müharibə əlilləri və veteranları adından ölkə rəhbərinə, cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.
       Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir: "... Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir".
         2016-cı ilin 2 aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağı altında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, aprel döyüşləri tarixdə Azərbaycanın böyük hərbi qələbəsi kimi qalacaqdır, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var.

Keçidlər