Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz rayonunun Filfilli kənində yeni məktəb binasının açılşı

05 dekabr 2012 | 16:00

04 dekabr 2012-ci il tarixdə Oğuz rayonunun Filfilli kəndində 180 şagird yrlik tam orta məktəb binasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov, rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri, kənd ictimaiyyətinin nümayəndələri, məktəbin pedoqoji və şagird kollekivi, KİV nümayəndələri iştirak etmişdir. Çıxış edən müəlimlər, valideyn və şagirdlər rayonun ucqar kəndi olan Filfilli kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının onların istifadəsinə verilməsinə görə Respublikamızın Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə və bu işdə əməyi olan hər kəsə öz dərin minnətdarlıqlarını bildirmişlər. Oğuz rayon İcra Hakimiyətinin başçısı E.Qurbanov çıxış edərək Fililli kənd sakinlərini yeni məktəb binasının istifadəyə verilməsi münasibəti ilə əbrik etmiş, rayon mərkəzindən 50 km uzaqlıqda yerləşən ucqar dağ kəndində belə bir müasir tədris korpusunun istifadəyə verilməsini ölkə rəhbəri cənab İlham Əliyevin uğurlu daxili siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirmişdir.
Yeni məktəb binasının sifarişçisi Oğuz rayon İcra Hakimiyyəti, podratçı təşkilat isə “Oğuz Tikinti Mexaizasiya” ASC olmuşdur. Məktəb Fizika və Kimya labortoriyaları, informatika kabineti, akt və idman zalları, kitabxana, istilik sistemi ilə tam təhiz edilmişdir.
 

Keçidlər