Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbulu

03 may 2019 | 16:00

   Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Rüfət Əliyev rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdi.

   Rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində Oğuz rayonunda da  abadlıq və quruculuq aparılmışdır. Rayonumuzda aqrar sahənin inkişafının nəticəsidir ki, kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraitlərini daha da yaxşılaşdırırlar. Görülən bu işlərin nəticəsidir ki, bu gün  əhalimizin rahat və  firavan yaşayışı təmin olunmuş və bu istiqamətdə işlər davam etdirilməkdədir.

    Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov  kənd əhalisini narahat edən  problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər