Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Azərbaycan Milli Ordusunun şanlı aprel zəfəri – qələbəyə aparan yol

09 aprel 2019 | 16:00

      Tədbirdə  Oğuz rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin, Oğuz rayon Təhsil Şöbəsinin əməkdaşları, Oğuz şəhər 3 №-li məktəb-liseyin müəllim və şagirdləri, Qarabağ müharibəsinin əlilləri, veteranları və aprel döyüşlərinin iştirakçıları  iştirak edib.
      Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşləri zamanı Vətən uğrunda canlarını fəda etmiş və Azərbaycanın Respublikasının, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
     Oğuz şəhər 3 №-li məktəb-liseyin direktoru Elxan Bilalov tədbirə dəvət olunmuş qonaqları, aprel döyüşlərinin iştirakçısı olmuş əsgər və zabitləri, müharibə əlillərini və veteranları iştirakçılara təqdim etdi. E. Bilalov çıxışında Aprel döyüşlərində Azərbaycan gənclərinin göstərdiyi şücaətdən bəhs edərək bildirdi ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri  Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.  Döyüşlər, hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub.
    Tədbirdə aprel döyüşlərinin iştirakçısı olmuş Təbriz Məmmədli, Toğrul Mənsurlu, Ramil Ağazadə, İnqilab Hacıməmmədov aprel döyüşlərindən, döyüş xatirələrindən danışmışlar.
      Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Oğuz rayon filialının sədri Müşfiq İsmayılov keçirilən tədbirin əhəmiyyətindən,  rayon Təhsil şöbəsinin və məktəblərin bu sahədəki fəaliyyətindən geniş bəhs edərək qeyd edib ki, vətənə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, tariximizə, adət-ənənələrimizə bağlılıqdır. O, çıxışında şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyini söyləyib və döyüş xatirələrini, Azərbaycan Milli Ordusunun şəxsi heyət və texniki cəhətdən düşməndən xeyli üstün olmasını faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırdı.
      M.İsmayılov çıxışında qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu Horadiz əməliyyat nəticəsində Füzuli rayonunun 20-dən çox kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yaranıb. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirilib, hərbi hissələr tam komplektləşdirilib. Bundan ruhlanan ordumuz ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirib.   
     Bu əməliyyat 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir.  Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail olub. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur olub.
     2016- cı ilin aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini verdi.
Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olub.
   Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsində, azad edilmiş ərazidə aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən böyük fəxarətlə deyirdi: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan ordusu yenilməz ordudur. Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır”.
  Çıxışının sonunda M.İsmayılov Oğuzlu bütün müharibə veteranlarının, əlillərin torpaqlarımızın işğaldan azad olunması naminə hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirib.
      Sonra özlərini “Mübarizlər sinfi” adlandıran Oğuz şəhər 3 №-li məktəb-liseyin 3a sinfinin şagirdlərinin ifasında “Aprel zəfəri” mövzusunda təqdim olunan ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.  
         Oğuz Rayon Təhsil Şöbəsinin aparıcı-məsləhətçisi Rəşid Nurməmmədov aprel zəfəri ilə bağlı ümumtəhsil məktəblərində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
       Tədbir Oğuz Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Qəmzə Süleymanova tərəfindən yekunlaşdırılıb.

 

Keçidlər