Oguz rayonunda əhalinin tibbi müayinəsi davam edir
Respublikamızın hər bölgəsində olduğu kimi Oguz rayonunda da tibbi müayinə aksiyası mütəşəkkil qaydada təşkil olunub. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib edilib. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 32 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur.
Tibbi müayinələrin keçirilməsi üçün Rayon Mərkəzi Xəstəxanası və eləcə də kənd tibb məntəqələrində hər cür şərait yaradılıb.
Fevral ayının 11-dən mart ayının 12-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 11 mindən artıq vətəndaş tibbi müayinə olunub. Xəstəlik aşkar edilən şəxslər Rayon Mərkəzi Xəstəxanasında müalicə edilirlər. Müayinələrdən sonra 28 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 337 nəfər ambulator müalicəyə, 105 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.
Müayinədən keçən Oğuz sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.