Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib
9 noyabr 2018-ci il tarixdə Oğuz şəhərindəki “ Bayraq meydanı”nında Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib. Oğuz Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayonun inzibati orqanlarlnın rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil işçiləri, şagirdlər, valideynlər, sosial media və mətbuat-informasiya orqanlarının nümayəndələri tədbirdə iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlanıb. Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı cənab Eyvaz Qurbanov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının dövlət rəmzlərinin milli dövlətçiliyimizin dünyaya tanıdılmasında əsas simvollarından olmasını, dövllət bayrağının satatususu, onun istifadə qaydaları üzərində dayanaraq Bayraq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək rayonumuzun, eləcə də respublikamızın tərəqqisi və çiçəklənməsin naminə uğurlar diləyib.
Oğuz məktəbliləri tədbirdə Bayraq Gününə həsr edilən maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış edib.