İsrail Dövlətinin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Oğuzda
08 avqust 2018 | 16:00
07 avqust 2018-ci il tarixdə İsrail Dövlətinin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri cənab Dan Stav, xanımı və səfirliyin əməkdaşları Oğuz rayonuna səfər etmişdir. Səfər zamanı səfir ilk öncə Oğuz rayon İcra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanovun qəbulunda olmuş, sonra isə o, Oğuz şəhərində yerləşən yəhudi sinaqoqlarında olaraq və yəhudi icmasının nümayəndələri ilə görüşmüşdür.