Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda arxeoloji tədqiqatlar aparılır

07 iyul 2011 | 15:00

Oğuz rayonunun Kərimli kəndindəki Qazıyeri ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki, Qax və Oğuz arxeoloji ekspedisiyası qazıntılar zamanı yeni maddi mədəniyyət nümunələri aşkar ediblər.
Eramızdan əvvəl 2-ci minilliyin ortalarına aid olan kurqan dəfn adətlərinin zənginliyi ilə diqqəti cəlb edir. Toplanan arxeoloji materiallar Azərbaycanda orta tunc dövrünə aid mədəniyyət və dövlətçilik ənənələrini öyrənməyə imkan verir.
Kurqanda aparılan qazıntı zamanı aşkar edilən maddi mədəniyyət nümunələri həmin dövrdə sənətkarlıq sahələrinin, xüsusilə dulusçuluğun, silah və zinət əşyalarının istehsalının yüksək səviyyəsi haqqında məlumat verir. Dəfn prosesində yandırılan tonqallar, ocaq yerləri üst qatlardan başlamış dəfn çalasının döşəməsinə qədər izlənilir. Arxeoloqların hakimiyyət rəmzi olduğunu güman etdikləri maraqlı kompozisiyaya malik tunc əşya, nəinki Cənubi Qafqaz, həmçinin region üçün yenilikdir. Bu isə Azərbaycanda orta tunc dövründə dövlətçilik ənənələrinin öyrənilməsi üçün yeni istiqamət verir. Daha çox iribuynuzlu heyvana aid olan sümüklər iqtisadiyyatda maldarlığın üstün mövqeyini göstərir. Dəfn çalasının bəzi spesifik cəhətləri həmin dövrün tikinti texnikası haqqında da təsəvvür yaradır.
 

Keçidlər