DSMF-ın Oğuz rayon şöbəsi üçün yeni inzibati bina tikilir
03 iyul 2011 | 15:00
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Oğuz rayon şöbəsi üçün yeni inzibati binanın tikintisi davam etdirilir.
Dövlət vəsaiti hesabına inşa edilən ikimərtəbəli binada işçilərin normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılacaqdır. Bina müasir istilik sistemi, yeni avadanlıq və texniki vasitələrlə təmin olunacaqdır.
Hazırda binanın daxilində tikinti-quraşdırma işləri görülür. Yeni binanın cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda rayon məhkəməsi üçün yeni inzibati binanın tikintisi də davam etdirilir. Yaxın vaxtlarda isə maliyyə şöbəsi üçün yeni binanın tikintisinə başlanılacaqdır.