Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

20 yanvar faciəsinin ildönümü münasibəti ilə tədbir

19 yanvar 2018 | 16:00

     Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin, YAP  Oğuz rayon təşkilatının, rayon tarix-diyarşünaslıq muzeyinin, rayon Uşaq İnkişaf Mərkəzinin, Heydər  Əliyev Mərkəzinin nümayəndələri,  rayon  məktəblərinin müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açdı. Məruzəçi  1990-cı il l yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi, dinc əhaliyə divan tutulması, yüzlərlə insanın qətlə yetirilməsi haqqında məlumat verdi.
     Azərbaycanın müstəqilliyi və istiqlaliyyəti yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Mərkəzin bələdçisi S.Musayeva “Qanlı yanvara gedən yolun başlanğıcı” mövzusunda çıxış etdi. Tədbirdə Oğuz rayon Uşaq İnkişaf Mərkəzinin şagirdləri 20 yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim etdilər.  20 yanvar hadisələrinin   tarixi, həmin günlərdə xalqının səsinə səs verən Ümummilli lider Heydər Əliyevin 20 yanvar hadisələrinə ilk hüquqi-siyasi qiymət verməsindən bəhs edən videoçarx  və tədbir iştirakçılarına “20 yanvar –Tariximizin qəhrəmanlıq səhifəsi” adlı bukletlər təqdim edildi.
     Sonda Oğuz rayon Gənclər və İdman İdarəsinin müdiri R.Mahmudov çıxış edərək  20 yanvar gününün  faciə günü deyil, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə apardığı qəhrəmanlıq və qürur günü olduğunu vurğuladı.

Keçidlər