Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə tədbir
29 dekabr 2017-cı il tarixdə Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təntənəli ümumrayon bayram tədbiri keçirilib.
Oğuz rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Yusubov çıxış edərək rayon sakinlərini və tədbir iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və "Yeni il” münasibəti ilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. 2017-cı ilin uğurlarını qeyd edərək bildirib ki, qarşıdan gələn 2018-ci ildə də ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq hər bir sahədə yeni layihələr reallaşdırılacaq və nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.