Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuz məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarında

20 noyabr 2017 | 16:00

 Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Oğuz  rayonunu təmsil edən məktəblilər  Quba və Qusar və Xaçmaz rayonlarının görməli yerləri ilə tanış olmuşlar. Oğuz  rayonunu təmsil edən məktəblilərindən ibarət qrup noyabrın 16-da Azərbaycanın şimal qapısı olan Quba rayonuna gəliblər. Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Quba şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri tərəfindən şagirdlərə Quba rayonu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, regionların inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Qubanın da simasını tamamilə dəyişib. Rayonda tikinti-quruculuq, abadlıq işləri intensiv həyata keçirilir, təhsil, səhiyyə, mədəniyyət sahələrində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Bu irəliləyişi təmin edən əsas amil Prezident İlham Əliyevin Qubaya, onun tərəqqisinə, insanlarının rifahına qayğısıdır. 18 noyabrda məktəblilər Qusar rayonunun görməli yerlərini gəziblər. Məktəblilərə məlumat verildi ki,   bir neçə dəfə Qusarda səfərdə olan dövlətimizin başçısı cənab İlham Əliyev  hər dəfə də neçə-neçə obyektin istifadəyə verilməsində, yeni tikililərin təməlqoyma mərasimlərində iştirak edib. “Şahdağ” Turizm Mərkəzi ilə tanışlıq zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, turizm mərkəzi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” Turizm Mərkəzində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Turizm mərkəzi ilə tanışlıq zamanı məktəblilər kompleksdə təqdim olunan xidmətlərdən pulsuz istifadə ediblər. Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.Noyabrın 19-da məktəblilər Xacmaz rayonuna getmiş və Xacmaz rayonunda yerləşən şəxsiyyətlər parkı ilə yaxından tanış olmuşlar. Daha sonra Heydər Əliyev muzeyində olmuşlar. Məktəblilərə Xacmaz rayonu haqqında geniş məlumat verilmişdir. Noyabr ayının 19-da tur aksiya  başa çatmış məktəblilərimiz xoş təəsüratlarla Oğuz rayonuna geri dönmüşlər.

Keçidlər