Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Bu il Oğuzda 16 min hektar sahədə payız səpini proqnozlaşdırılır

23 oktyabr 2011 | 15:00

Oğuz rayonunun təsərrüfatlarında 2012-ci ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir. Cari mövsümdə rayonda 16 min hektara yaxın sahədə payız səpini proqnozlaşdırılır. Ötən il oğuzlu femerlər 13,5 min hektar sahədə taxıl əkmiş, 31 min 631 ton məhsul istehsal etmişlər.
Rayon səpin üçün 3 min 100 ton toxum fondu ayrılmış, laboratoriya müayinəsindən keçirilmiş və xəstəliklərə qarşı dərmanlanmışdır. İndiyədək 10 min hektara yaxın sahədə şum qaldırılmış, Sarıca və Daşüz ərazilərində 4 min 500 hektar sahəyə toxum səpilmişdir. Payız səpininin noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Rayonun fındıq bağlarında məhsul yığımı isə artıq başa çatmışdır. Bağlardan 856 ton fındıq toplanmışdır. Məhsul istehsalı əvvəlki ilə nisbətən 346 ton artmışdır.
 

Keçidlər