Oğuz rayon İcra Hakimiyyətinin başçısının hesabat iclası
13 oktyabr 2017 | 16:00
13 oktyabr 2017-ci il tarixdə 2017-ci ilin 9 ayı ərzində Oğuz rayonunun sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair rayon İcra Hakimiyyətinin başçısının hesabat iclası keçirilmişdir.
İclasda şura üzvləri, İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat rəhbərləri, inzibati ərazi vahidləri üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak etmişdir
Oğuz rayonu Kənd Təsərrüfatı idarəsinin rəisi Azad Əliyev, rayon Təhsil şöbəsinin müdiri Elçin Kərimov və başqaları çıxış edərək 2017-ci ilin 9 ayı ərzində respublikamızda eləcə də Oğuz rayonunda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.