Tələbə adını qazanmış məzunlarla rayon ictimaiyyəti nümayəndələrinin görüşü
08 sentyabr 2017-ci il tarixdə Oğuz şəhərindəki “Azərbaycan“ Mədəniyyət Mərkəzində 2017-ci ildə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək tələbə adını qazanmış məzunlarla rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçirilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin məzunlarının 2017-ci ildə əldə etdiyi nəticələr mövzusunda Oğuz Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov məruzə etmişdir.Oğuz şəhər 3 saylı məktəb-liseyin məzunu, Azərbaycan Xarici Dillər Universitetinin I kurs tələbəsi Töhfə Soltanova, 628 balla “Xəzər” universitetinin ingilis dili üzrə tərcüməçilik fakültəsinə qəbul olunmuş, M.F.Axundov adına Xaçmaz kənd 1 saylı tam orta məktəbin məzunu Laləndə Qədirovanın valideyni Gülnarə Feyzullayeva, Oğuz şəhər 3 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Xalidə Mirzəyeva tədbirdə çıxış etmişdir.
Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı cənab E.D.Qurbanov tədbirdə çıxış edərək tələbə-gəncləri ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik etmiş, onlara təhsildə yeni uğurlar qazanmağı arzu etmişdir. Rayon İcra Hakimiyyəti adından qəbul imtahanlarında ən yüksək nəticələr qazanmış məzunlara mükafatlar təqdim edilmişdir.
Tədbirin sonunda məzunlarla xatirə şəkili çəkilmişdir.