Oğuzda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü, hər yerdə olduğu kimi, Oğuz rayonunda da silsilə tədbirlərlə geniş qeyd edilir.
Tədbirlər planına əsasən, indiyədək rayonun idarə, müəssisə və təşkilatlarında, kəndlərdə “Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmazdır”, “Dövlət müstəqilliyinin bərpası xalqımızın tarixi nailiyyətidir”, “Heydər Əliyev və müstəqil Azərbaycan”, “Müstəqillik və Azərbaycan təhsili”, “Müstəqillik və Azərbaycan səhiyyəsi” və digər mövzularda elmi-praktiki konfranslar, “dəyirmi masa”lar keçirilmiş, idman yarışları, sərgilər və müsabiqələr təşkil edilmişdir.
Tədbirlər planı çərçivəsində sentyabrın 29-da YAP Oğuz rayon təşkilatında “Müasir Azərbaycan - 1969-cu ildən başlanan zəfər yolu”,
Bayan kəndində “Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyir” mövzularında elmi-praktiki konfranslar, Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləş üzrə yarış, sentyabrın 30-da Xaçmaz kəndində “18 oktyabr - Azərbaycanın müstəqillik günüdür” mövzusunda “dəyirmi masa” və Uşaq-Gənclər Şahmat Məktəbində yarış keçirilmişdir.
Oktyabrın 1-də rayonda marafon yarışı və asfalt üzərində rəsm müsabiqəsi keçiriləcəkdir.
Silsilə tədbirlərə oktyabrın 2-də yekun vurulacaqdır. Həmin gün Oğuz şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası, gənc istedadların rəsm və əl işlərindən ibarət sərgi, “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın milli sərvətidir” mövzusunda ümumrayon tədbiri keçiriləcək, Heydər Əliyev adına parkda bayram konserti və atəşfəşanlıq olacaqdır.