“18 may-18 iyun İnsan hüquqları aylığı”dır
“18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsinə uyğun olaraq 12 iyun 2024-cü il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz rayonu Gənclər və İdman sektorunun, Oğuz rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Oğuz rayonu Yaqublu kənd tam orta məktəbində “İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədidir” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Aqşin Abbasov, Gənclər İdman sektorunun müdiri Şaiq Rüstəmov, təhsil sektorunun metodisti Həqiqət Rəsulova, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Seminarda insan hüquqları hər bir insanın malik olduğu ayrılmaz hüquqları olduğu barədə çıxışlar oldu və Azərbaycan Respublikasının Konstitusiyasının ikinci bölməsindən izahlı fikirlər söylənildi. Tədbirdə vətəndaşların hüquqlarından, azadlıqlarından və vəzifələrindən dialoq şəkilində bərabərlik hüququ, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, yaşamaq hüququ, nikah hüququ, təhsil hüququ və.s kimi mövzuda maarifləndirici söhbətlər aparıldı.