Təhsil millətin gələcəyidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 avqust 2017-ci il tarixli əmrinə əsasən tam orta təhsil pilləsini yüksək təlim nəicələri ilə başa vurduğuna görə rayonun E.Abdullayev adına Oğuz şəhər 2 saylı tam orta mətəbin Xİ sinif şagirdi Quluyeva Sevinc Hikmət qızı qızıl medala layiq görülmüdür.
Sevinc Quluyeva oxuduğu müddətdə məktəbin pedaqoji və şagird kollektivlərinin dərin hörmətini qazanmışdır. O, məktəbdə, habelə rayon miqyasında keçirilən tədbirlərdə yaxından iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən fənn müsabiqələrində, olimpiadalarında uğurla iştirak etmişdir.Oğuz Rayon İcara Hakimiyyəti, Oğuz Rayon Rayon Təhsil Şöbəsi və YAP Oğuz Rayon Təşkilatı tərəfindən keçirilən inşa yazı müsabiqələrində, digər tədbirlərdə fəal iştirak edən və mükafatalayıq yerlər tutan Sevinc Quluyeva Fəxri Fərmanlara, Diplomlara və qiymətli hədiyyələrə layiq görülmüıdür. 2017-ci ci ildə Azərbaycan Respublikası Bilik Fondu tərəfindən keçirilmiş inşa yazı müsabiqəsində I yerə çıxan Sevinc Quluyevaya Diplom və qiymətli hədiyyə təqdim olunmuşdur.
29 mart 2017-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat “ müsabiqəsinin rayon mərhələsi keçirilmiş və Sevinc Quliyeva I yerə çıxaraq respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır. O,Respublika mərhələsində uğurla çıxış edərək münsiflər heyəti tərəfindən I yerə layiq göülmüş və Bakı şəhərindəki “ Gülüstan” sarayında təltifetmə mərasimində işitirak edərək Diploma və qiymətli hədiyyəyə layıq görülmüşdür.