Ulu öndərin Azərbycan rəhbərlyiniə gəlişinin ildönümü
Oğuz rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin 1969-cu il 14 iyulda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi seçilərək Azərbaycan rəhbərliyinə gəlməsi ilə əlaqədar “Müstəqil Azərbaycan Respublikası naminə” adlı tədbir keçirilmişdir. Tədbirdə Oğuz rayon İcra Hakimiyyəti, YAP Gənclər Birliyinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin, Mədəniyyət Mərkəzinin, Mərkəzi Kitabxananın, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak edirdilər. Tədbiri giriş sözü ilə Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açaraq qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsil rolu ilə xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Milli gəlir 2,6, sənaye məhsulu 2.7, kənd təsərrüfatı 2,3 dəfə artıb,249 yeni iri sənaye müəssisəsi yaradılıb. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini 2 dəfə üstələyib, həmin dövrdə 818000 yeni iş yeri açılıb.
Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı.
Ulu öndər Heydər Əliyev ana dilinin inkişafını da xüsusi diqqət mərkəzində saxlamış, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirmişdir.
1969-82-ci iillərdə Respublikanın elmi-texniki potensialı dəfələrlə artırılıb, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlanıb. Ötən əsrin 80-ci illərinin əvvəvlllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edib. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.
Ulu öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atmış, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda hərbi məktəbin açılmasına nail olmuşdu. Həmin dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilmiş, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapmışdır. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycanın Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynamışdır.
1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültə açılmış, 100-ə qədər yeni ixtisasın hazırlığına başlanmışdı. Həmin illərdə ölkədə 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdı. Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə sisteminin müasirləşdirilməsi, ölkənin yol infrastrukturunun daha da yaxşılaşdırılması, eləcə də ulu öndər tərəfindən reallaşdırılan bütün tədbirlər müstəqil Azərbaycan Respublikası naminə həyata keçirilirdi.
Bütün bunlar ona gətirib çıxardı ki, Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qoşulan ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi. Bu nailiyyətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi xətt müasir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və davam etdirilir.
Tədbirdə mövzu ilə əlaqədar Heydər Əliyev və Mədəniyyət, Heydər Əliyev və Azərbaycan dili, Heydər Əliyev və Azərbaycan gənci, Heydər Əliyev və Ordu quruculuğu adlı videoçarxlar nümayiş etdirilmişdir.