Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunmuş tədbir

30 may 2017 | 16:00

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov açaraq bildirdi ki,  may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi tamam olur.   Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini, yaşadaraq, müasir dövrə xas olan dövlət təsisatlarının  yaradılmasına nail olmuşdur.
      Çox çətin və ziddiyyətli tarixi şəraitdə qurulan Azərbaycan dövləti cəmi 23 ay fəaliyyət göstərdi. 28 Aprel 1920-ci ildə Sovet Rusiyası tərəfindən Cümhuriyyətin  varlığına son qoyuldu.
      1991-ci il oktyabrın 18–də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edərək XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qan bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu.
      Ölkəmizin taleyi, dövlətçiliyimizin müqəddəratının həll edildiyi, azadlığımız və müstəqilliyimizin təhlükə ilə üzləşdiyi bir vaxtda, xalq ayağa qalxdı və öz xilaskarını, böyük bir insanı hakimiyyətə gətirdi.
      Məhz Ümummilli liderimiz Heydər Əliyevin titanik zəhməti,  geniş dühası, siyasi uzaqgörənliyi sayəsində əsrin axırlarında Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı.
       Müstəqil dövlətçilik tariximizdəki Ümummilli liderimiz Heydər Əliyevin başladığı taleyüklü işləri, siyasi xətti hörmətli Prezidentimiz cənab İlham Əliyev ardıcıl surətdə qətiyyətlə davam etdirir.
      Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr olunmuş tədbiri  açıq elan edirəm.
    Sonra məruzə ilə çıxış etmək üçün söz Oğuz rayon İcra Hakimiyyəti Başçısının müavini Yusif Naxçıvanskiyə  verildi.         
Oğuz şəhər 2 saylı tam orta məktəbin direktoru  Anar Məcidov,   Oğuz rayon İcra Hakimiyyəti Başçısının Xalxal   kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin  müavini  Ramin Dadaşov,    Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Rövşən Salehli  məruzə ətrafında çıxış etdilər.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət  qəbul eildi.

Keçidlər